McDonald's ABŞ-dakı restoranlarında salat satışını dayandırıb

Bakı. 14 iyul. REPORT.AZ/ McDonald's ABŞ-da fəaliyyət göstərən 3 mindən çox restoranında salat satışını dayandırıb.

"Report" xarci mətbuata istinadən xəbər verir ki, buna səbəb müxtəlif regionlarda qeydə alınmış kütləvi zəhərlənmə hallarıdır. 

ABŞ-ın Ayova ştatının Səhiyyə Nazirliyi bəyan edib ki, bu ayın əvvəlindən 15 nəfər McDonald'sın salatlarından yeyəndən sonra zəhərlənib. İllinoys ştatının Səhiyyə Nazirliyi isə salatlardan 90 nəfərin zəhərləndiyini bildirib. 

Həmin qidaların mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcəyi deyilir. 

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51