İki ölkədən Azərbaycana pendir idxalı bərpa edilib

2022-ci il ərzində Azərbaycana 24,862 milyon ABŞ dolları dəyərində 6 min 193 ton pendir idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstərici ilə müqayisədə dəyər ifadəsində 9,1 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Litvadan 3,796 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,4 % çoxdur) 740 ton (-12 %), Türkiyədən 3,526 milyon ABŞ dolları dəyərində (+5,3 %) 779 ton (-7 %), Almaniyadan 3,366 milyon ABŞ dolları dəyərində (-0,1 %) 652 ton (-18 %), İrandan 3,2 milyon ABŞ dolları dəyərində (+28 %) 1 min 658 ton (+12,3 %), Belarusdan 2,544 milyon ABŞ dolları dəyərində (+31 %) 455,4 ton (+14 %) məhsul alıb.

Altı il 8 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən və Yeni Zelandiyadan pendir tədarükü bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,03 min ABŞ dolları dəyərində 0,01 ton və 82,84 min ABŞ dolları dəyərində 12,48 ton pendir gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan (0,34 min ABŞ dolları dəyərində 0,03 ton) idxal həyata keçirilib.

2021-ci ildə Azərbaycanın idxal etdiyi (31 ölkədən) 6 min 393 ton pendirin 23 %-i İranın, 13 %-i Litvanın, 13 %-i Türkiyənin, 12,6 %-i Almaniyanın, 9,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər