Ötən il ərzində Azərbaycana 174 milyon ABŞ dolları dəyərində 827 min 656 kubmetr meşə materialı (uzununa doğranmış) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 36 % çoxdur, kəmiyyət olaraq – 9,5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 123,34 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 % çoxdur) 603 min 720 kubmetr (-32 %), Belarusdan 49,11 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 218 min 683 kubmetr (+12 dəfə), Ukraynadan 768 min ABŞ dolları dəyərində (+13 %) 1 min 845 kubmetr (-36 %), Türkiyədən 282 min ABŞ dolları dəyərində (-70 %) 2 min kubmetr (-33 %), İtaliyadan 187 min ABŞ dolları dəyərində 305 kubmetr material alıb.
Dörd il 7 ayın tamamında Çindən (17 min ABŞ dolları dəyərində 1 min kubmetr) və 1 il 7 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib.