Ötən il Gürcüstan Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 310 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 8 % çoxdur.
Gürcüstan Litvadan 45,1 milyon ABŞ dolları, Türkiyədən 42,7 milyon ABŞ dolları, Ermənistandan 24,72 milyon ABŞ dolları, Rusiyadan 12,51 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.