İyunun 19-da, saat 10:00-da “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi, 21 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2019-2021-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, xalis mənfəətinin bölüşdürülməsi, səhmdarlara dividend ödənilməsi məsələləri daxildir.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 44,635 milyon manatdır.