ƏMDK sədrinin Zaqatalada keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bakı. 10 iyul. REPORT.AZ/ Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək iyulun 28-nə keçirilib. 

"Report" Komitəyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi: (02422) 5-22-52

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi: (02429) 5-21-73

Digər xəbərlər