Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 37 yeni dövlət standartı qəbul edib.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Bundan başqa, 6 ayda İnstitut 28 dövlət standartını ləğv edib və 615 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının tətbiqinə icazə verib.