“Baku Steel Company” Amerika Neft İnstitutunun sertifikatlaşdırmasını uğurla tamamlayıb

“Baku Steel Company” QSC (BSC) Amerika Neft İnstitutunun (API) apardığı auditdən uğurla keçib.

Auditin nəticəsinə əsasən, BSC Neft və təbii qaz sənayesi məhsullarının istehsalçılarına dair Keyfiyyəti İdarəetmə Sistemi tələblərini əks etdirən API Spec Q1 standartı üzrə sertifikatlaşdırmanı müvəffəqiyyətlə tamamlayıb, məhsullara dair tələbləri özündə əks etdirən API 5CT və 5L spesifikasiyalarının monoqramlarına layiq görülüb.

API Spec Q1 sertifikatı - neft və qaz sənayesində fəaliyyət göstərən istehsalçıların keyfiyyətə nəzarət, davamlı təkmilləşdirmə, planlama və risklərin düzgün idarə edilməsini təmin edən effektiv idarəetmə sistemlərinin tətbiqi üçün götürdükləri öhdəliyin sübutudur. Müvafiq olaraq, API 5CT və API 5L monoqramları neft və qaz sənayesində istifadə olunan qazma təyinatlı boruların, həmçinin müxtəlif sahələrdə tətbiq edilən ümumi təyinatlı boruların ən yüksək standartlara uyğunluğunu, keyfiyyətini və təhlükəsizliyini təsdiq edir. API sertifikatını əldə etmək və polad məhsullarının keyfiyyətini daha da artırmaq məqsədilə ötən il ərzində BSC tərəfindən aşağıdakı bir sıra mühüm təkmilləşdirmələr həyata keçirilib:

API sertifikatını uğurla əldə edən BSC, Qafqaz regionunda qazma və ümumi təyinatlı borular daxil olmaqla, təhlükəsiz, yüksək keyfiyyətli və tikişsiz / şovsuz polad boruların əsas istehsalçısı kimi öz mövqeyini daha da möhkəmləndirib.

Müraciətlər üçün: sales@bakusteel.com.

Onlayn kataloq

Sifariş üçün

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34