İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Sara Logistics" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə, ev. 2, mənzil 89-dur.
Şirkətin nizamnamə kapitalı 1,53 milyon manat təşkil edir. "Sara Logistics"in qanuni təmsilçisi isə Xaliq Əjdər oğlu Məmmədovdur.