Bakıda fərdi yaşayış və bağ evləri bahalaşıb

Bu ilin fevral ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində yanvar ayına nisbətən 12,83 % artım, son 1 ildə isə 2,16 % azalma olub.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, fərdi yaşayış və bağ evləri bazarı üzrə bahalı evlərin (1 kv.metrin qiyməti 1 200 manatdan yuxarı) qiyməti 12,58 %, il ərzində 13,31 % artıb. Orta qiymətə olan evlərin (1 kv.metrin qiyməti 800-1 200 manat civarında) qiyməti ay ərzində 3,37 %, il ərzində 4,33 % artıb, ucuz evlərin isə (1 kv.metrin qiyməti 800 manatdan aşağı) qiymətində ay ərzində 5,69 %, il ərzində 22,12 % azalma olub.

"Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında fevral ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 15,93 % artım, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,09 % azalma qeydə alınıb. Bahalı evlərin (1 kvadrat metrinin aylığı 1 000 manatdan baha) kirayə qiymətində ay ərzində 0,46 %, il ərzində 17,28 % artım, orta qiymətə olan evlərin (1 kvadrat metrinin qiyməti 500-1 000 manat civarında) kirayə qiymətində ay ərzində 10,73 %, il ərzində 14,64 % azalma, ucuz evlərin (1 kvadrat metrinin aylığı 500 manatdan ucuz) kirayə qiymətində isə ay ərzində 6,14 % artım, il ərzində 24,03 % azalma olub", - N. İbrahimov bildirib.

Digər xəbərlər