Bakıda 4 milyon manat nizamnamə kapitalı ilə "Voleybol Mərkəzi" yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Voleybol Mərkəzi" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əliyar Əliyev küçəsi, ev 108B, nizamnamə kapitalı 3 739 824 manat, qanuni təmsilçisi isə Fərrux Fərhad oğlu Zərbəliyevdir.

Digər xəbərlər