Mayın 6-da, saat 11:00-da “Bakı Teleqrafı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyov küçəsi, 36 ünvanında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin inzibati binasında) olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2021-ci il üzrə maliyyə-təsərüffat fəaliyyətinin hesabatının təsdiq edilməsi, İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi, eləcə də digər məsələlər daxildir.