Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabrın 18-də, saat 10:00-dan 19:00-a qədər “Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasında əl işləri yarmarkası keçiriləcək.
“Report” quruma istinadən xəbər verir ki, yarmarkanın məqsədi gənc istedadların əl işlərinin satışıdır.
Yarmarka sosial xarakter daşıyacaq və təmənnasız təşkil ediləcək.