Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 126,1 milyon ABŞ dolları dəyərində pomidor (tomat) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracının dəyəri 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çox - 2,7 milyard ABŞ dolları təşkil edib.