"Badamlı Mineral Sular" MMC "Badamlı Zavod-Anbar" MMC-nin ləğv olunaraq ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, "Badamlı Mineral Sular" "Badamlı Zavod-Anbar"ın hüquq və öhdəlikləri üzrə hüquqi varisi olacaq.
Xatırladaq ki, "Badamlı Mineral Sular" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,6 milyon manatdır. Şirkət ölkənin aparıcı mineral su istehsalçısıdır.