İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Badamlı Zavod-Anbar" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 34/2, nizamnamə kapitalı 24 035 manat, qanuni təmsilçi isə Simral Fərəc oğlu Axundovdur.
O, vaxtilə "Badamlı Mineral Sular" MMC-nin direktoru olub.