Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 23 milyon 909 min ABŞ dolları olub.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.
Bu, ötən ilin eyni dövrünə nisbətdə 17,4 % artım deməkdir.
Hesabat dövründə iki ölkə arasında idxal əməliyyatlarının həcmi 1 milyon 540 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 22 milyon 369 min ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə müvafiq olaraq 2,7 dəfə və 13 % çoxdur.