Azərbaycanın çörək istehsalçısı adını və təşkilati-hüquqi formasını dəyişir

Azərbaycanda çörək istehsalı ilə məşğul olan “İlkin-92” firması adını və təşkilati-hüquqi formasını dəyişərək "Binə Çörək Zavodu" MMC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “İlkin-92” Firması 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Seymur Bilal oğlu Babayevdir.

Digər xəbərlər