"European Tobacco Baku" ASC nizamnamə kapitalını 44,412 milyon manat və ya 200 dəfə azaldaraq 223 min manat endirib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi, 21 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır.