Bu ilin I yarısında Azərbaycan 519 min ABŞ dolları dəyərində 205,7 ton qurudulmuş gavalı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 3,5 % çoxdur.
Moldovadan 281 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 34 % artıb) 81 ton (-1,2 %), Özbəkistandan 119 min ABŞ dolları dəyərində (+2 dəfə) 52,6 ton (+89,2 %), İrandan 100 min ABŞ dolları dəyərində (-21,3 %) 68,1 ton (-20 %), Türkiyədən 8 min ABŞ dolları dəyərində 2,6 ton (bir il əvvəl tədarük olmayıb), Argentinadan 6 min ABŞ dolları dəyərində (-36,7 %) 1 ton (-57,2 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan ancaq Rusiyaya tədarük olub. Həmin ölkəyə 33 min ABŞ dolları dəyərində 18,5 ton qurudulmuş gavalı satılıb ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 81 dəfə və 68 dəfə çoxdur.