2022-ci ilin ilk 11 ayında Azərbaycan 836,51 min ABŞ dolları dəyərində 152 ədəd konteyner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 54,6 % azdır.
Azərbaycan Böyük Britaniyadan 300 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69,5 % çoxdur) 54 ədəd (+4,2 dəfə), Çindən 270 min ABŞ dolları dəyərində (-71,7 %) 72 ədəd (-72 %), Niderlanddan 61,25 min ABŞ dolları dəyərində (+34 dəfə) 8 ədəd (+8 dəfə), Amerika Birləşmiş Ştatlarından 53 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 ədəd (-75 %), Polşadan 36 min ABŞ dolları dəyərində (+71,4 %) 1 ədəd (-75 %) məhsul gətirib.
Hesabat dövründə Azərbaycandan 121,34 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 26 ədəd (+3,7 dəfə) konteyner ixrac edilib.
Böyük Britaniyaya 67,89 min ABŞ dolları dəyərində 6 ədəd, Gürcüstana 32,95 min ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Norveçə 7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,2 % azdır) 2 ədəd (dəyişməyib), Özbəkistana 6 min ABŞ dolları dəyərində 4 ədəd, Qazaxıstana 5,1 min ABŞ dolları dəyərində 5 ədəd, İtaliyaya 2,3 min ABŞ dolları dəyərində 2 ədəd və Lüksemburqa 0,2 min ABŞ dolları dəyərində (-68 %) 1 ədəd (-67 %) məhsul satılıb.
İki il 6 aylıq aradan sonra Qazaxıstana, 2 il 3 aylıq fasilənin ardından İtaliyaya, 1 ilin tamamında Böyük Britaniyaya tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Özbəkistana konteyner satıb.