Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 17,6 % artaraq 561,3 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9 %-i hüquqi şəxslərin, 49,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Son 1 ildə hüquqi şəxslər üzrə dövriyyə 17,5 % artaraq 282,8 milyon manat olub.