Azərbaycanda gələn il yanvarın 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanunun tətbiqi ilə dövlət satınalmalarının 100 % rəqəmsal platformalar vasitəsilə təşkil edilməsi və aparılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.
"Qanun beynəlxalq təcrübəyə uyğun hazırlanıb, bu zaman dövlət təşkilatlarından və bazardan alınmış fikirlər əsasında proseslərin, mənfi məqamların hamısı qiymətləndirilib. Nəticədə yanvarın 1-dən Azərbaycanda dövlət satınalmalarının hamısı rəqəmsal platformalar vasitəsilə aparılacaq. Bunun faydaları böyük olacaq. Biz dövlət satınalmalarına yalnız dövlət vəsaitlərindən səmərəli istifadə yox, həmçinin sahibkarlığın inkişafına dəstək baxımından yanaşırıq. Yeni qanunla tətbiq edilən rəqəmsallaşmanın yalnız əlçatanlıq, şəffaflıq cəhətdən deyil, bir müddətdən sonra dövlət satınalmaları üzrə dərin datanın tətbiqi nəticəsində alternativ, daha effektiv və daha səmərəli həllərin ortaya çıxması baxımından faydalı olacağına inanırıq. Artıq yeni qanuna uyğun olaraq dövlət satınalmalarının elektron platformasının təkmilləşdirilməsinin son mərhələsindəyik. Süni intellekt vasitəsilə dövlət satınalmalarındakı nöqsanların aşkar edilməsi üzrə tərəfdaş şirkətlərlə işləyirik", - deyə o qeyd edib.
M. Abbasbəyli vurğulayıb ki, Dövlət Xidməti həm də rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi üzrə çalışır: "Hər bir sahə üzrə əsas fokusumuz bu sahənin rəqəmsallaşdırılmasıdır. Artıq Dövlət Xidmətinin rəqabət platformasının və keyfiyyət platformasının da formalaşması son mərhələdədir. Bu platformaların da tətbiqindən sonra Xidmətin bütün fəaliyyət istiqamətləri rəqəmsallaşdırılacaq".
Azərbaycanda gələn ildən dövlət satınalmaları tamamilə rəqəmsal platformalarla olacaq
Digər xəbərlər
Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək
24 noyabr, 2026 / 14:06
Azərbaycan İndoneziyaya qeyri-neft məhsullarının ixracının genişləndirilməsində maraqlıdır
24 noyabr, 2026 / 11:44
Səfir: Azərbaycan biznesi İndoneziya vasitəsilə ASEAN bazarlarına çıxa bilər
24 noyabr, 2026 / 10:56
Berlian Helmi: İndoneziya və Azərbaycan iqtisadi əlaqələri genişləndirməlidir
24 noyabr, 2026 / 10:48
Əsgər Ələkbərov: Gənclərin biznes qurmasını dəstəkləyən islahatları davam etdiririk
24 noyabr, 2026 / 09:09
Bloomberg: Huanq rəhbərliklə razılaşdırılmadan Nvidiaya qaytarılıb
24 noyabr, 2026 / 00:58
Azərbaycan uyğunluğun qiymətləndirilməsi üzrə yeni dövlət standartı qəbul edib
23 noyabr, 2026 / 16:28
Antonio Tayani: İtaliyanın özəl şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
23 noyabr, 2026 / 14:17
IRD Engineering Gəncənin su təchizatı infrastrukturunun inkişafı üzrə müqavilə imzalayıb
23 noyabr, 2026 / 14:14
Webuild Azərbaycanda infrastruktur layihələrinin icrası imkanlarını nəzərdən keçirir
23 noyabr, 2026 / 13:59
Iveco Azərbaycana elektrik və məktəbli avtobuslarının tədarükündə maraqlıdır
23 noyabr, 2026 / 13:57
Azərbaycan İtaliya ilə ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
23 noyabr, 2026 / 13:28
İtaliya şirkəti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
23 noyabr, 2026 / 13:23
Azərbaycan Belarus şirkətlərinə Türkiyəyə ixrac üçün Naxçıvanda birgə istehsal təklif edir
23 noyabr, 2026 / 12:58
Belarus Azərbaycana birgə kolleksiyalara və müqaviləli istehsala keçməyi təklif edir
23 noyabr, 2026 / 12:45
Azərbaycan və İtaliya kritik xammal sahəsində Anlaşma Memorandumu imzalayıb
23 noyabr, 2026 / 12:32
İtaliya Azərbaycana dəmir yollarının inkişafı üçün texnologiyalar təklif edə bilər
23 noyabr, 2026 / 12:28
Matteo Zoppas: Azərbaycanın İtaliyadan idxalını 560 milyon avroya çatdırmaq mümkündür
23 noyabr, 2026 / 12:22
İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb
23 noyabr, 2026 / 12:14