Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış "Zeferan AS", “Ponarama TK Company”, "Zefer Z021 LTD", "Simvolist KA" və "Raskom AZ" MMC- lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev I/B ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkətlərin hamısı ötən ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Onların hər birinin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçiləri isə natiq Mehman oğlu Xankişiyevdir.