“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "ASK Şüşə" MMC adını və təşkilati-hüquqi formasını dəyişərək "Qaradağ Şüşə Zavodu" ASC-yə çevrildiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "ASK Şüşə" 2018-ci ildə yaradılıb. Onun nziamnamə kapitalı 31,305 milyon manat təşkil edir.
ASC-nin qanuni təmsilçisi Cuneyt Cebecidir.