Azərbaycanda 7 şirkət birləşir

"Pacıfıc Lift", "Pacıfıc Hospıtalıty", "Pacıfıc Metal Grıd", "Provısta", "Yuxa Caterıng" və "Pacıfıc Group" MMC-lər ləğv olunaraq "Inova" MMC-yə qoşulduqlarını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar "İnova" yenidən təşkil olunur. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39, mənzil 83 ünvanına bildirə bilərlər.

Digər xəbərlər