Ötən il Azərbaycana xaricdən 53 milyon ABŞ dolları dəyərində 415 ədəd avtobus gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 56 % çoxdur.
Hesabat dövründə Türkiyədən 48 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 285 ədəd (+36 %), Cənubi Koreyadan 2,1 milyon ABŞ dolları dəyərində 46 ədəd, Almaniyadan 1,9 milyon ABŞ dolları dəyərində (+18 %) 59 ədəd (+79 %), Çindən 925 min ABŞ dolları dəyərində (+8,3 dəfə) 15 ədəd (+3 dəfə), Belarusdan 317 min ABŞ dolları dəyərində 8 ədəd, Fransadan 30,4 min ABŞ dolları dəyərində 1 ədəd və Rusiyadan 11 min ABŞ dolları dəyərində (-92 %) 1 ədəd (-94 %) nəqliyyat vasitəsi alınıb.
Dörd il 5 ayın tamamında Fransadan, 3 il 2 aylıq fasilənin ardından Belarusdan və 1 illik aradan sonra Cənubi Koreyadan tədarük bərpa edilib.
2021-ci ildə Azərbaycana idxal olunan (6 ölkədən) 266 avtobusun 79 %-i Türkiyənin payına düşüb.