Azərbaycana üç ölkədən albalı və gilas idxalı bərpa edilib

Ötən il ərzində Azərbaycan 41,6 milyon ABŞ dolları dəyərində 29 min 203 ton albalı və gilas ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 50,2 % çoxdur.

Azərbaycan Rusiyaya 41,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34,1 % çoxdur) 29 min 102 ton (+51 %), Qazaxıstana 120,2 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 99,1 ton (+89 %), Belarusa 4,2 min ABŞ dolları dəyərində (-91 %) 0,9 ton (-98 %) və Birləşmiş Ərəb Əmirliklərinə 3,5 min ABŞ dolları dəyərində (-27 %) 1 ton (-16 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycan xarici ölkələrdən 207 min ABŞ dolları dəyərində (+75 %) 141 ton (+25,5 %) albalı və gilas alıb.

Rusiyadan 119,6 min ABŞ dolları dəyərində 73 ton, Türkiyədən 71,9 min ABŞ dolları dəyərində (-40,5 %) 57,9 ton (-51 %), İrandan 13 min ABŞ dolları dəyərində (-25 %) 9,7 ton (-25 %), Argentinadan 1,6 min ABŞ dolları dəyərində 0,2 ton, Çilidən 0,5 min ABŞ dolları dəyərində 0,1 ton və Cənubi Afrikadan (CAR) 0,3 min ABŞ dolları dəyərində 0,04 ton meyvə gətirilib.

Azərbaycana Argentinadan, Çilidən və Rusiyadan tədarük bərpa edilib. Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq CAR-dan idxal həyata keçirilib.

Digər xəbərlər