Azərbaycana iki ölkədən eskalator idxalı bərpa edilib

Ötən il Azərbaycana xaricdən 1,8 milyon ABŞ dolları dəyərində 47 ədəd eskalator və hərəkət edən piyada səkisi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Çindən 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 40 ədəd (+35 %), Fransadan 535 min ABŞ dolları dəyərində 5 ədəd, İsveçrədən 74 min ABŞ dolları dəyərində 2 ədəd məhsul alınıb.

On il 9 ayın tamamında İspaniyadan və 4 il 5 aylıq aradan sonra Slovakiyadan tədarük bərpa edilib.

Digər xəbərlər