Azərbaycana daha bir ölkədən divar kağızı tədarükünə başlanılıb

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycan xaricdən 25,68 milyon ABŞ dolları dəyərində 7 min 828 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,6 %, kəmiyyət olaraq – 12,6 % azdır.

Hesabat dövründə Çindən 7,552 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,4 % çoxdur) 3 min 606 ton (+7,4 %), Ukraynadan 6,41 milyon ABŞ dolları dəyərində (-33 %) 1 min 762 ton (-36 %), Rusiyadan 5,395 milyon ABŞ dolları dəyərində (-17 %) 1 min 104 ton (-33 %), Belarusdan 3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 661,38 ton (+96 %), Türkiyədən 1,482 milyon ABŞ dolları dəyərində (+8,2 %) 353,81 ton (-16 %) məhsul gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvadan tədarük həyata keçirilib. Həmin ölkədən 2 min ABŞ dolları dəyərində 0,03 ton divar kağızı alınıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (15 ölkə) aldığı 9 min 989 ton divar kağızının 38 %-i Çinin, 30 %-i Ukraynanın, 18,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər