2022-ci ilin ilk 11 ayında Azərbaycana 5,972 milyon ABŞ dolları dəyərində 6 min 072 ton taxta-şalban idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,716 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 2 min 330 ton (-38 %), Belarusdan 1,623 milyon ABŞ dolları dəyərində (+44 %) 1 min 737 ton (+48 %), Çindən 1,234 milyon ABŞ dolları dəyərində (+41 %) 834,9 ton (+11,2 %), Ukraynadan 763 min ABŞ dolları dəyərində (-36 %) 864,95 ton (-53 %), İndoneziyadan 333,79 min ABŞ dolları dəyərində (-36,7 %) 204 ton (-32 %) məhsul alıb.
Bir il 4 aylıq fasilənin ardından Portuqaliyadan tədarük bərpa edilib. Həmin ölkədən Azərbaycana 10,72 min ABŞ dolları dəyərində 2,27 ton taxta-şalban gətirilib.