Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 20 ton süd məhsulları idxal edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Vilayətin aqrar-sənaye kompleksi və kənd ərazilərinin inkişafı naziri bildirib ki, satış “Beynəlxalq əməkdaşlıq və ixrac” milli layihəsi çərçivəsində həyata keçirilib.
İxrac edilən bütün məhsullar alıcı ölkənin (Azərbaycan) tələblərinə cavab verib, onların keyfiyyəti və təhlükəsizliyi akkreditə olunmuş laboratoriyalarda təsdiqlənib. Məhsullarda baytarlıq qanunvericiliyinin pozulması halları müəyyən edilməyib.