Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 17,709 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,6 % azdır.
Təkcə iyulda Türkiyə Azərbaycana 31 min ABŞ dollarlıq tütün məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 92,1 % azdır.
Hesabat dövründə Türkiyənin tütün məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,5 % azalaraq 545 milyon ABŞ dollarına enib, iyulda isə 2 % artaraq 94 milyon ABŞ dollarına çatıb.