Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 10,827 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 % çoxdur.
Təkcə martda isə Türkiyə Azərbaycana 3,873 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da illik müqayisədə 22,4 % çoxdur.
I rübdə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 7,7 % azalaraq 2,441 milyard ABŞ dollarına, mart ayında isə 5 % azalaraq 0,903 milyard ABŞ dollarına düşüb.