Ötən il Azərbaycan Türkiyədən 50,332 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,5 % azdır.
Təkcə dekabrda Türkiyə Azərbaycana 4,246 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,2 % azdır.
Hesabat dövründə Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,6 % azalaraq 9 milyard 496 milyon ABŞ dollarına düşüb, dekabrda isə 2,6 % artaraq 783 milyon ABŞ dollarına çatıb.