Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 24,849 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 3,495 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur.
6 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 9,4 % azalaraq 2 milyard 165 milyon ABŞ dollarına, iyunda isə 18,3 % azalaraq 336 milyon ABŞ dollarına düşüb.