Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 4,37 milyon ABŞ dolları dəyərində quru meyvə və məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % azdır.
Təkcə oktyabr ayında isə Türkiyə Azərbaycana 814 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 0,3 % azalma deməkdir.
10 ayda Türkiyənin ümumi quru meyvə və məhsulları ixracının dəyəri illik müqayisədə 0,4 % artaraq 1,2 milyard ABŞ dollarına, oktyabrda isə 4,3 % artaraq 184,168 milyon ABŞ dollarına çatıb.