Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 11 milyon 969 min ABŞ dolları dəyərində qızıl-zinət məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Həmçinin iyunda Türkiyə Azərbaycana 1 milyon 84 min ABŞ dollarlıq qızıl-zinət məhsulları ixrac edib ki, bu da keçən ilin analoji dövrünə nisbətən 9,1 dəfə çoxdur.
Hesabat dövründə Türkiyənin qızıl-zinət məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,7 % azalaraq 2 milyard 789 milyon ABŞ dollarına, iyunda isə 8,6 % azalaraq 403 milyon ABŞ dollarına enib.