Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 19,452 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.
Təkcə bu ilin fevral ayında isə Türkiyə Azərbaycana 10,837 milyon ABŞ dollarlıq qara və əlvan metalları ixrac edib ki, bu da, illik müqayisədə 12,9 % çoxdur.
Bu ilin iki ayında Türkiyənin ümumi qara və əlvan metalları ixracının dəyəri illik müqayisədə 13,1 % azalaraq 2,053 milyard ABŞ dollara, fevral ayında isə 19,2 % azalaraq 1,003 milyard ABŞ dollarına çatıb.