Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 18,656 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 % azdır.
Təkcə bu ilin fevral ayında isə Türkiyə Azərbaycana 8,559 milyon ABŞ dollarlıq polad ixrac edib ki, bu da illik müqayisədə 7,2 % azdır.
Bu ilin ilk 2 ayında Türkiyənin ümumi polad ixracının dəyəri illik müqayisədə 35,2 % azalaraq 2,182 milyard ABŞ dollarına, fevral ayında isə 38,8 % azalaraq 1,069 milyard ABŞ dollarına enib.