Azərbaycan Türkiyədən elektromobil idxalını bərpa edib

2023-cü ilin yanvar ayında Azərbaycana 5 milyon ABŞ dolları dəyərində 119 ədəd elektromobil idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 dəfə, kəmiyyət olaraq – 9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana Çindən 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 155 dəfə çoxdur) 88 ədəd (+88 dəfə), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində 12 ədəd (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 329 min ABŞ dolları dəyərində (+52,3 %) 9 ədəd (+29 %), Belçikadan 259 min ABŞ dolları dəyərində (-1,9 %) 4 ədəd (dəyişməyib), Koreyadan 93,24 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) avtomobil gətirilib.

Bir il 8 aylıq fasilənin ardından Türkiyədən (7,3 min ABŞ dolları dəyərində 1 ədəd) elektromobil tədarükü bərpa edilib.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (14 ölkədən) gətirilən 486 ədəd elektromobilin 61 %-i Çinin payına düşüb.

Digər xəbərlər