Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 15,9 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 6,3 % çoxdur. Türkiyənin Azərbaycana elektrik məhsulları ixracı ümumi ixracının 10,9 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 3,2 % artaraq 1 210,5 milyon ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya (117,2 milyon ABŞ dolları; illik müqayisədə 3,9 % çox), Almaniya (93,9 milyon ABŞ dolları; illik müqayisədə 13,1 % az), Fransa (71,4 milyon ABŞ dollar; 16,8% çox) və İraq (53,7 milyon ABŞ dolları; 32 % çox) həyata keçirib.