Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır.

Noyabrda Türkiyə Azərbaycana 550,3 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 61,8 % azdır.

11 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 5 % azalaraq 1 milyard 345 milyon ABŞ dollarına, təkcə noyabr ayında isə 13,8 % azalaraq 100,444 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox dəri və dəri məhsullarının idxalı Almaniya 103,838 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 10,1 % az), İtaliya 90,693 milyon ABŞ dolları (-3,7 %) və İraq 87,748 milyon ABŞ dolları (-8,4 %) dəyərində həyata keçirib.

Digər xəbərlər