Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 80,510 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 % azdır.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 10,023 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur.
9 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,8 % artaraq 14,8 milyard ABŞ dollarına, sentyabrda isə 2,6 % artaraq 2,822 milyard ABŞ dollarına çatıb.