Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 30 % azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 90,984 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % azdır.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 10,474 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,2 % azalma deməkdir.

10 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,8 % artaraq 28,6 milyard ABŞ dollarına, oktyabrda isə 16,6 % artaraq 3,086 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər