Bu ilin yanvar-may aylarında Azərbaycan 33,55 milyon ABŞ dolları dəyərində 583 min 783 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 22 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 22,91 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 % azdır) 392 min 397 ədəd (-21 %), Türkiyədən 3,85 milyon ABŞ dolları dəyərində (-24 %) 77 min 845 ədəd (-14 %), Rusiyadan 1,48 milyon ABŞ dolları dəyərində (+26 %) 43 min 915 ədəd (+58 %), Tailanddan 1,23 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 21 min ədəd (+3,5 dəfə), Cənubi Koreyadan 1 milyon ABŞ dolları dəyərində (-61 %) 20 min 980 ədəd (-70 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 38 ölkədən idxal edilmiş 1,98 milyon ədəd avtomobil şininin 69,2 %-i Çinin payına düşüb.