Azərbaycan Sloveniyadan küncüt yağı tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 24,3 min ABŞ dolları dəyərində 2,91 ton küncüt yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 9,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 1,5 ton (+23,3 %), Meksikadan 5,9 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,4 ton (+2,2 dəfə), Rusiyadan 4,3 min ABŞ dolları dəyərində (+56 %) 0,7 ton (+91 %), Cənubi Koreyadan 2 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 1,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,1 ton (+3,5 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sloveniyadan (0,4 min ABŞ dolları dəyərində 0,03 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər