Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xaricdən 863,23 min ABŞ dolları dəyərində 991 min ədəd kirəmit (damüstü materiallar) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 51 % çoxdur.
Türkiyədən 812 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49,2 % çoxdur) 994 min ədəd (+24,2 %), Serbiyadan 31,14 min ABŞ dolları dəyərində (+63 %) 21 min ədəd (+62 %), Sloveniyadan 8,36 min ABŞ dolları dəyərində 8,49 min ədəd, İrandan 5,99 min ABŞ dolları dəyərində (-47 %) 15 min ədəd (-46,4 %), Polşadan 5,57 min ABŞ dolları dəyərində (-35 %) 2,31 min ədəd (-53 %) məmulat alınıb.
Beş il 3 aylıq fasilənin ardından Sloveniyadan tədarük bərpa edilib.