Azərbaycan Portuqaliyadan qayıq və kater tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 290 ədəd qayıq və kater idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 dəfə, kəmiyyət olaraq – 36 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 dəfə çoxdur) 14 ədəd (+7 dəfə), Çindən 99,3 min ABŞ dolları dəyərində (+99 dəfə) 170 ədəd (+19 dəfə), Portuqaliyadan 63,6 min ABŞ dolları dəyərində 71 ədəd, İtaliyadan 52,7 min ABŞ dolları dəyərində 14 ədəd (3 ilin tamamında tədarük bərpa edilib), Türkiyədən 41,3 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb) qayıq və kater alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan tədarük həyata keçirilib.

Digər xəbərlər