Azərbaycan Özbəkistandan araxis idxalına görə ilk dördlükdə yer alıb

2024-cü ildə Azərbaycan Özbəkistandan yerfıstığı (araxis) alışına görə lider ölkələrdən biri olub.

Bu barədə “Report” Özbəkistan Prezidenti yanında Statistika Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Özbəkistandan Azərbaycana 1,58 min ton yerfıstığı ixrac edilib. Bununla da Azərbaycan Özbəkistan bu adda mal ixrac edən ölkələrin ilk 4-lüyünə daxil olub.

Özbəkistandan yerfıstığı idxalında lider Pakistan olub. Ötən il bu ölkə Özbəkistandan 4,08 min ton araxis idxal edib.

Azərbaycandan sonra siyahıda Rusiya qərarlaşıb. Ötən il bu ölkə Özbəkistandan 1,57 min ton araxis tədarük edilib.

Siyahıda 4-cü yeri Türkmənistan tutub. Ötən il Özbəkistandan Türkmənistana 1,43 min ton araxis göndərilib. Bu da Özbəkistan istehsalı olan araxisin ümumi ixracının 9,7 %-ni təşkil edib.

2024-cü ildə Özbəkistan ümumilikdə ümumi dəyəri 22,3 milyon ABŞ dolları olan 14,5 min ton yerfıstığı ixrac edib.

Digər xəbərlər